QİDA DƏYƏRİ

Zeytun, qida dəyəri çox yüksək bir qidadır. Əslində bir meyvədir və cinsinə görə şəkli, rəngi dəyişir. Tünd qəhvəyi, qara, kül rəngi, tünd yaşıl və ya tünd bənövşəyi ola bilər. Eyni zamanda yumurta şəklində ya da yumru da ola bilər.
100 qr. şoraba (duzlu su) yaşıl zeytun 30 kalori; 0 xolesterol; 3,1 qr. yağ; 3 qr. lif; 4.8 mqr. fosfor; 26 mqr. kalsium; 6.2 mqr. dəmir: 639 mqr. natrium: 26 mqr. kalium; 17,4 mqr. maqnezium; əksər miqdarda A, B1 və B2 ilə 0,01 mqr. B6 vitamini, həmçinin folik turşusu və E vitamini ehtiva edər.
Şoraba (Kalamata) qara zeytunun qida dəyərləri yuxarıdakılardan bir az daha yüksəkdir.



Bədən üçün lazımlı ancaq sintez edilə bilməyən əsas yağ turşuları ilə yalnız yağda əriyə bilən E vitaminin qaynağını meydana gətirməsi səbəbiylə də insan qidalanmasında çox əhəmiyyətli bir mövqeyə sahibdir.


Başda ürək-damar xəstəlikləri olmaq üzrə həzm sistemi, sümük quruluşu, beyin və sinir toxumaları üzərində çox əhəmiyyətli funksiyaları vardır.
Ürək-damar xəstəliklərində əsas risk amili olan xolesterolun, damar tutulmasına yol açan "LDL" tərkibinə azaldıcı rol oynayarkən, yaralı və qoruyucu olan "HDL" tərkibini dəyişdirməz. Bu xüsusiyyəti ilə ürək sağlamlığı baxımından ən uyğun qidadır.
Mədə turşuluğunu azaldaraq qastrit və ya mədə xorasına qarşı qoruyucu bir rol oynayar.


Öd sekresiyasını canlandırıcı, öd tərkibini tənzimləyici və öd kisəsinin boşalmasını təminedici xüsusiyyətləri səbəbi ilə öd daşı riskini azaldır və daşların əriməsinə köməkçi olur.
Bağırsaqlar tərəfindən ən yaxşı sovrulan və bağırsaqlardan keçidi tənzimləyici xüsusiyyətləri vardır. Balanslı kimyəvi mövqeyə sahib olduğundan sümük minerallaşmasının yaxşılaşmasını təmin edər və normal sümük inkişafına köməkçi olar.


Təxminən 80% nisbətində olan oleik turşusu insan südündəki ən əhəmiyyətli yağ turşudur və doğumdan dərhal sonra körpənin sinir toxumalarının inkişafının təmin edilməsində mühüm bir funksiyaya sahibdir. Toxumaların yaşlanmanın qarşısını alır və yaşlanmasının beyin funksiyaları üzərindəki zəiflədici təsirini azaldır. Qan hüceyrələrinin bir yerə yığılmasında rol oynayan amillərə qarşı təsir göstərərək qan damarlarında laxtalanma riskini azaldır.