BİTKİLƏRDƏKİ MÖCÜZƏLƏR


Hal-hazırda edilən hər yeni tədqiqat nəticəsində, insanların həyatlarına müsbət təsir edəcək bir çox tapıntı əldə edilir. Allahın izni ilə, texnologiyanın sürətlə inkişafıyla əldə edilən bu nəticələr, sonsuz ruzi verən Allahın insanlar üçün yaratdığı bir-birindən gözəl nemətlərin fərqinə varmamıza vəsilə olur. İstər təbiətdə olan bir-birindən faydalı qidaların, istərsə də bədənimizin ən kiçik hissələrində var olan fövqəladə sistemlərin hər biri Rəbbimizin yaratmasına duyduğumuz heyranlığı artırır. Bunlardan bir neçəsini sizlər üçün hazırladıq ...

 

Süzmə zeytun yağının ağrıkəsici təsiri aşkar oldu

ABŞ-lı elm adamları, faydaları saymaqla bitməyən süzmə zeytun yağının ağrıkəsici təsirlərə də sahib olduğunu kəşf etdilər. Filadelfiyada fəaliyyət göstərən Monell Kimya Mərkəzi tədqiqatçıları süzmə zeytun yağında “ibuprofen” adlı ağrıkəsicilərdə olan bir maddəyə rast gəldilər. Nizamlı olaraq gündə 50 qram soyuq presle sıxılmış süzmə zeytun yağı istifadəsinin, gündəlik olaraq tövsiyə edilən ibuprofen dozasının 10%-nə bərabər ağrıkəsici təsirinin olduğu ifadə edildi. Araşdırmada, təklif edilən səviyyədə süzmə zeytun yağı yemənin, miqren kimi ümumiyyətlə, xroniki ağrıların təsirini azaltdığı da ifadə edildi. (http://health.dailynewscentral.com)
Zoğal suyunun diş çürüklərinə faydası kəşf edildi

Rochester Medikal Mərkəzi Universiteti bioloqlarından Hyun (Michel) Koo, zoğal suyunun öd kisəsi infeksiyaları ilə yanaşı diş çürümələrinə qarşı da əhəmiyyətli bir silah olduğunu sübut etdi. Zoğal suyunun dişlər üçün bir "teflon" vəzifəsi yerinə yetirdiyi və çürümələrə yol açan bakteriyaların bunun sayəsində diş səthinə yapışamadıqları ifadə edildi. Koo və qrupu, həmçinin zoğal suyunun "glükan" adlı diş təbəqələrinin meydana gəlməsinə də maneə törətdiyini müəyyən etdi. (www.sciencedaily.com)

Gündə yarım kilo meyvə və tərəvəz

Mütəxəssislər, gündə yarım kilo tərəvəz və meyvə yeyilməsinin lazım olduğunu vurğulayır. Qida dəyərinin itməməsi üçün tərəvəzlər az suyla, buxarlı qazan və ya torpaqdan hazırlanan qablarda zeytun yağı ilə bişirilməsi tövsiyə edilir. Kökü sürtkəcdən keçirmək B və C vitaminlərinin itməsinə gətirib çıxarar. Həmçinin tərəvəz və meyvələri vitaminlərinin itməməsi üçün qalın doğramaq lazımdır. (www.cleansing-raw-food-diet.com)

Bitkilərdəki möcüzələr

JAY Kordich adlı bir amerikalı, 1948-ci ildə sidik kisəsi xərçənginə tutuldu. Kordich, təzə meyvə-tərəvəz suyu müalicəsindən istifadə edərək xəstəliyini məğlub etdi. Və reseptlərini “Meyvə və tərəvəzlərin gizli gücləri” adlı kitabda topladı. Bax, meyvə və tərəvəzlər və bunların faydaları:
• Əncir: Bağırsaqları işlədər, enerji verər.
• Alma: Böyrəklərin təmizlənməsinə, həzm narahatlıqlarının nəzarət edilməsinə kömək edər.
• Ərik: Qan yaradıcıdır. Gözəl bir dəriyə və saça müsbət təsiri vardır. Xərçəngin qarşısının alınmasında yaxşı bir karotenoid qaynağıdır.
• Banan: Ürəyə və əzələ sisteminə faydalıdır. Yorğunluğa və ishala yardımçıdır.
• Albalı: Mineral və vitamin anbarıdır. Tünd rəngli albalılar açıq rəngli olanlara nisbətən daha çox mineral ehtiva edir.
• Qreyfrut: Həzmi asanlaşdırır. Diş əti qanamasını azaldır, soyuq dəyməyə faydalıdır. Lifləriylə yeyilərsə, xolesterolu salar.
• Portağal: Soyuqdəymə, qrip, üşütmə, ürək xəstəliyi və iflicdən qorunmağa kömək edir.
• Naringi: İnfeksiyalarla mübarizəni asanlaşdırar.
• Üzüm: Böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimləyər. Qaraciyəri təmizləyər. Qara üzüm qabığı və tumları ilə yeyilərsə, hüceyrə yeniləyicidir.
• Qovun: Narahatlıq və yuxusuzluğa yaxşı təsir edir. Bağırsaq və dəri xərçənginə qarşı Amerikan Xərçəng Cəmiyyətində tövsiyə edilmişdir.
• Gilas: Xolesterolu salar, xüsusilə sapları sidik sökdürücüdür.
• Armud: Ürək-damar sağlamlığı, aşağı qan təzyiqi və fiziki hərəkətə xeyirli olan vitaminləri ehtiva edir.
• Acı istiot: Saçlara, dırnaqlara və dəriyə çox yaxşı təsir edir.
• Brokkoli: Mədə və yemək borusu xərçəngi təhlükəsini azaldır.
• Kələm: Yaşlanmağın qarşısını alan mineral olaraq qəbul edilən selenium sağlam bir dəri üçün faydalıdır.
• Kök: Enerji verir. Qaraciyərin öd ifrazına və xolesterolu nizamlamasına kömək edər.
• Xiyar: Əzələləri cavanlaşdırar. Dəri hüceyrələrinə elastiklik verir.
• İspanaq: Qaraciyəri, linfa vəzilərini və qan dövranını stimullaşdırır.

(www.cleansing-raw-food-diet.com)

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)