QURANDA DİQQƏT ÇƏKİLƏN MEYVƏLƏR


Quranda diqqət çəkilən meyvələrin, bu gün bir çox xəstəliklərin qarşısını alan ya da müalicəvi təsirinin olduğu elmi olaraq sübut edilmişdir.

Meyvələrin əmələ gəlməsi qədər, ehtiva etdikləri vitamin və mineralların bolluğu da insanları düşünməyə təşviq edir. Qapqara bir palçığın içərisində yetişən və torpaqla nə qoxu, nə dad, nə də rəng olaraq ən kiçik bir bənzərliyi olmayan meyvələr, torpaqdan yalnız insanlar üçün lazımlı olacaq mineralları mənimsəyib alırlar. Məhz bu nizam, bütün kainatın tək hakimi və tək ilahı olan Allahın bənzərsiz yaratma sənətinin bir əsəridir və insanların üzərində düşünüb şükür etməsi üçün gözlər önünə sərilmişdir.

Zəhər aparan meyvə: Gilas

"Yüklü budaqları sallanmış gilas ağacları" (Vaqiə surəsi, 28)

Gilas, bədəni zəhərli maddələrdən təmizləyən bir meyvədir. Böyrəkləri təsirli bir şəkildə işlədər, bu səbəbdən bədəndə yığılan sidik cövhəri turşusu və sidik duzlarının çölə atılmasını təmin edər. Bunun sayəsində revmatizm, daşlaşma və damar sərtliyi kimi xəstəliklərin də qarşısını almış olar. Həmçinin, gilasda olan kinik turşu, böyrəklərin qum və daş hazırlamasının qarşısını alar, əgər belə bir şey varsa da zamanla tökülməsini təmin edər. Gilasın böyrək daşı ilə yanaşı, öd daşını da salıcı təsiri vardır. Bundan başqa qandakı zərərli maddələri çölə ataraq qanı təmizləyər. Buna görə, qan çirklənməsi nəticəsində meydana gələn sızanaq bənzəri dəri pozuqluqlarını aparmış olur.

Bir cənnət meyvəsi: Banan

Quranda gilas kimi cənnət meyvələri arasında adı keçən bir başqa meyvə də banandır. Cənnət təsvirlərinin edildiyi bir ayədə, Allah bu meyvədən belə bəhs edir:

"Üst-üstə düzülmüş meyvələri sallanmış banan ağacları ..." (Vaqiə surəsi, 29)

Son dərəcə qidalandırıcı bir meyvə olan bananın içərisində 75% nisbətində su, 1,3% nisbətində zülal və 0,6% nisbətində də yağ var. Yerdə qalanı isə müxtəlif karbohidratlardan və əhəmiyyətli ölçüdə kaliumdan ibarətdir. Bir çox xəstəliyin müalicəsində faydalı olduğu kimi xüsusilə də qızdırma, həzm pozğunluğu, əzələ spazmı və əzələ zəifliyi kimi vəziyyətlərdə tövsiyə edilir. Ehtiva etdiyi yüksək miqdardakı kalium sayəsində, tullantıların bədəndən çölə atılması prosesini asanlaşdırır.

Qan təzyiqinin salınmasını təmin edir. Bununla yanaşı banan, allergiya müalicəsində də istifadə edilir. Içindəki kalium, natrium ilə birlikdə işləyərək hüceyrə və əzələ inkişafını təmin edir, bədənin su tarazlığını nizamlayar və ürək döyüntülərinin normal hala dönməsini təmin edir.

Ehtiva etdiyi B6 vitamininin çatışmazlığında isə yorğunluq, şüur ​​bulanıqlığı, əsəbilik, yuxusuzluq, qansızlıq, böyrək daşları və dəri toxumasının pozulması kimi xəstəliklər ortaya çıxar. (Harun Yəhya, iman həqiqətlərinin əhəmiyyəti)

Qida anbarı: Üzüm

Sonra həmin su ilə xurma ağaclarını və üzüm bağlarını sizin üçün yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır. (Muminun surəsi, 19)

Üzüm, qida dəyərinin yüksək olması, vitamin və minerallı maddələr cəhətdən zənginliyi səbəbiylə əhəmiyyətli bir qida qaynağıdır. Üzümün içərisində 20-25% nisbətində qana sürətli qarışan şəkər mövcuddur. Bu baxımdan bədən və zehni cəhətdən çalışan kəslər üçün olduqca faydalıdır; fiziki və zehni yorğunluğu, qan azlığını aradan qaldırır. Ehtiva etdiyi bol dəmir və şəkər sayəsində, bədəndə qan istehsalını artırır. Həmçinin qaraciyər, böyrək və həzm sistemi xəstəliklərində təbii bir dərman təsirinə malikdir. Böyrəkləri işlədər, bədəndə yığılmış sidik cövhəri bənzəri tullantı maddələrin böyrəklər vasitəsilə çölə atılmasını təmin edər. Üzümdə olan bəzi kimyəvi maddələr, dəri xərçənginə tutulma ehtimalını azaldır.

Yüksək mineral qaynağı: Əncir

"Əncirə və zeytuna and-olsun" (Tin surəsi, 1)

Əncirin içərisində zəngin bir lif birləşməsi, fosfor, kalsium, dəmir, kalium və maqnezium kimi minerallar və A, B1, B2, B3, B6 və C vitaminləri var. Ehtiva etdiyi bu minerallar, vitaminlər və içindəki 60% nisbətində qana tez qarışan şəkər sayəsində bədən və zehni cəhətdən enerji sərf edən insanlara güc qazandırar. Bununla yanaşı əzələlərin, sinir sisteminin inkişafını və bərpasını təmin edər.

Həmçinin, meyvələr arasında ən yüksək mineral əncirdə mövcuddur. Həll olan lifə sahib qidalar, qandakı xolesterolu salıcı xüsusiyyəti daşıyırlar. Dünyada qida olaraq pəhriz xüsusiyyətli lif yeyən insanlarda çox nadir olaraq ürək xəstəliyi görülmüşdür ki, bu xüsusiyyətlərin hamısı əncirdə mövcuddur.

Quranda diqqət çəkilən bir meyvə: Xurma

Yer üzündə bir-birinə yaxın müxtəlif münbitli torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır. (Rad surəsi, 4)


Xurma tərkibindəki 50%-dən çox şəkər ilə son dərəcə qidalandırıcıdır. Çox asan və sürətli bir şəkildə hazm edilir. İçindəki şəkər, gərilən sinirləri rahatlaşdırar. Beyin üçün də son dərəcə faydalıdır. Xurma, 2,2%  nisbətində zülal, A, B1 və B2 vitaminləri ehtiva edir. Ehtiva etdiyi zülal sayəsində bədənin xəstəlik və infeksiyalardan qorunmasını təmin edir. İçindəki A vitamini vasitəsiylə görmə gücü ilə bədən müqavimətini artırır, sümük və dişlərin güclənməsini təmin edər. B1 vitamini sinir sisteminin sağlam olmasını asanlaşdırır. B2 vitamini ilə də bədənin enerji təminatı və hüceyrələrin yeniləşməsi üçün zülal, karbohidrat və yağların yandırılmasına yardım edər.