ZEYTUN AĞACI


UZUN ÖMRÜN VƏ SAĞLAM HƏYATIN SİMVOLU

 

Ədəbiyyatlarda, ailəsinin “Zeytunkimilər” nəslindən gəldiyi yazılır. "Kasıb torpaqların zəngin ağacı" adlanan zeytun, olduğu yerin iqlim şərtlərinə tez uyğunlaşar. Torpağın quruluşuna və toxumasına görə köklərini salar. Zeytun ağacı yavaş böyüyür, budaqlanıb böyüməsi 15-20 il çəkər. 35 və 150 ​​il arasında isə yetkinlik və məhsuldarlıq dövründə olur. Dörd mövsüm yarpaqlarını tökməz. Sonra yüzlərlə il davam edən yaşlanma dövrü başlayır. Zeytun ağacı bir illik həyatını Aralıq dənizi iqliminin xüsusiyyətlərinə görə keçirər. Noyabr və fevral ayları arasında qış fəslidir, yatar, istirahət edər. Mart və aprel ayları arasında bahardır, oyanar. Budaqlarının ucları cücərər. Aprel-iyun çiçək mövsümüdür.


Çiçək tozları küləklə ağacdan-ağaca gəzər. Zeytun çiçəyi gözəl qoxu verər. İyul-avqust gələndə, meyvələri, yəni zeytun dənələri böyüyər, çəyirdəyi sərtləşər. Sentyabr-oktyabr arası meyvələr yetkinləşər, lazımi boylarına gələrlər. Zeytunun növünə görə böyüklükləri, formaları fərqlidir... Zeytun dənələri yaşıldan bənövşəyiyə çevrildiyində, ya da tünd çəhrayısı qaraldığında, yağlanma da başlayar. Məhsul sentyabr ilə fevral ayları arasındadır.


Zeytunun məhsul yığımı əllə toplanaraq və sırıqla, ya da maşınla ağacın silkələnməsi ilə edilər. Kökləri tarixin əvvəlinə qədər uzanan zeytun ağacının neçə min yaşında və ana yurdunun tam hara olduğu mövzusunda arxeobotaniklər, tarixçilər və arxeoloqlar arasında bu gün hələ ortaq bir nöqtə yoxdur. Amma yenə də əhəmiyyətli olan yabanı zeytunun dünya üzündə ilk varlığı deyil, ilk nə vaxt becərildisə, bu möcüzəni Samilərin bacardığı düşünülür. Kimlər, harada, nə zaman suallarına cavab axtararkən vacib olan ən doğru şey elmi şərhlərə güvənməkdir... Məhz beynəlxalq möhtərəmliyi tanınan Dünya Zeytun Ensiklopediyası yazıçısı José M. Blazquezin görüşü; "Zeytun yetişdirilməsi təxminən altı min il əvvəl Anadoluda başlamışdır." Zeytun ağacının, 2 min il kimi olduqca uzun bir həyat müddəti vardır. Həmçinin, zeytun ağacının uzunömürlü olması üçün əlavə bir qayğı lazım deyildir. Ona görə bu ağacın  necə bu qədər uzun yaşadığı əsrlərdir maraq və araşdırma mövzusudur.


ŞİTİL SEÇİMİ; şitillər etibarlı yerlərdən təmin edilməlidir. Təsdiqlənmiş və ya ən azından nəzarətli şitil yetişdirən yetişdiricilərdən şitil alınmalı, xəstəlik və zərərvericilərdən təmizlənmiş olmalıdır. Əsasən də, son illərdə kök ur nematodları böyük problemlər meydana gətirməyə başlamışdır. Şitillərdən 1-2 yaş arası olanlar seçilməli, bağçaya daha yaxşı uyğunlaşacağı əsas götürülməlidir. Əgər daha yaşlı şitil əkmək məcburiyyətində qalsaq, köklərdə quruma olub-olmadığına baxmalı, əgər belə bir problem varsa əkməzdən əvvəl mütləq kök budaması da edilməlidir.


ŞİTİLİN ƏKİLMƏSİ; torpağın hazırlanması: Torpaq əkindən əvvəlki payızda dərininə işlənməlidir. Torpağın drenajı və nizamlanma əməliyyatları edilməlidir. Meyilli sahələrdə qurulacaq zeytunluqlarda terraslama əməliyyatı tələb olunur. Şitil əkini vaxtı: Zeytun şitilləri oktyabr-mart ayları arasında əkilə bilər. Torpağın donuq olmamasına diqqət edilir. Əkin aralıqları və məsafələri: Zeytunluq təsis edilərkən əkin aralıqları çeşidə, bölgənin iqlim və torpaq şəraitinə, ağacın tutacağı tac böyüklüyünə görə dəyişir.

ZEYTUN AĞACININ EKOLOJİ İSTƏKLƏRİ


TORPAQ: Zeytun, çox seçici olmamaqla yanaşı, əhəngli-qumsal, qida maddələri ilə zəngin, PH-ı 6-8 səviyyəsində olan torpaqlarda yaxşı yetişir. Yeraltı suyu 1m.-dən yaxın olmamalıdır. Bu səviyyəyə yaxın torpaqlarla mütləq drenaj tətbiq olunmalıdır.


İQLİM: Zeytun, 40 ºC ilə -7 ºC arasındakı istiliklərə dözə bilsə də yaxşı bir böyümə və meyvə formalaşması üçün istiliyin 15-25 ºC-lərdə olması tələb olunur. Zeytunun soyuq alma ehtiyacı (meyvə ağaclarının kifayət qədər tumurcuq yaratması, tarazlı və nizamlı çiçək açaraq ən yüksək səviyyədə məhsul verməsi üçün soyuq alma ehtiyacı lazımdır) 600 ilə 1000 saat arasında dəyişir. Həmçinin zeytunun yaxşı bir inkişaf göstərib, normal göz inkişafı üçün kafi bir istilik cəminə ehtiyacı vardır. Zeytunun illik yağış istəyi 650-800 mm-dir. Yaz aylarından, mövsüm yağışlarına qədər edilən suvarmalar zeytunun iriləşməsini və yağ meydana gəlməsinin artmasını təmin edir. Həmçinin, bu əmələ gəlmələr ertəsi il meyvə verəcək tumurcuqların inkişafını və meyvə gözlərinin meydana gəlməsini sürətləndirir. Rütubətli havalarda, ağac yarpaqlarından reallaşan tərləmə azalır. Bunun sayəsində istinin, bitkiyə təsiri də azalmış olur. Ancaq həddindən artıq rütubət bəzi xəstəliklərə uyğun mühiti hazırlayır. Çiçək zamanı yüksək rütubət isə döllənməni məhdudlaşdırır. May ayı və iyun ayının əvvəlində əsən küləklər döllənməyə köməkçi olarkən, qış sonlarında əsən küləklər torpağın rütubətliliyinin azalmasına gətirib çıxarar. Zeytun ağacı işığı çox sevdiyindən xüsusilə keçid bölgələrdə cənub istiqamətləri seçilməlidir. Dumanlı dağ ətəkləri və vadilər zeytun üçün uyğun deyil. 800 metrdən yüksək yerlərdə zeytun yetişdirilmir.


İLLİK BAXIM İŞLƏRİ


TORPAQ İŞLƏMƏ: Torpaq işləmə, zamanında və uyğun şəkildə edilərsə torpağın havalanması, yağış sularının mühafizəsi və bioloji fəaliyyətlərin artması təmin edilmiş olar. Zeytun əkilən sahədə ildə 2-3 dəfə torpaq işləməsi kafidir. İlk torpaq işləməsi məhsuldan sonra torpaq yerində ikən əkinlə 15 sm dərinliyində; ikincisi yazda 10-12 sm-i keçməyəcək şəkildə kotan və ya dırmıqla, üçüncü işləmə isə tökülən zeytun itkisinin qarşısını almaq üçün torpağın düzəldilməsi və otların təmizliyi üçün edilir.


Gübrələmə: Unudulmalıdır ki; gübrənin azı da, çoxu da məhsulun səmərə və keyfiyyətinə, həmçinin bitkiyə və iqtisadiyyata zərər verir. Torpaq və yarpaq analizləri nəticəsində edilən gübrələmənin ən doğru gübrələmə olacağı bilinməlidir. Səmərə verən zaman zeytunun çiçəklənmə və meyvə yetişmə dövründə azota ehtiyacı artar. Bunun üçün suvarılan şəraitdə azotlu gübrənin ilk dozası çiçəklənməyə 3-4 həftə əvvəl, ikinci dozası meyvə əmələ gəlməsində (may) və son dozası çəyirdəyi sərtləşən dövrdə (iyul, avqust) verilməlidir. Əgər suvarma imkanı yoxdursa, bir dəfə fevral ayının sonu mart ayının əvvəllərində azotlu gübrə tətbiq olunmalıdır. Azotlu gübrələr gövdədən 50-70 sm. uzağa, tac ətrafına səpilərək yerqazan və s. alətlərlə basdırılar. Fosforlu və kaliumlu gübrələr ətrafda 15-30 cm. dərinlikdə açılan xəndəklərə payızda basdırılar.

SUVARMA: Zeytunun illik su ehtiyacı 650-700 mm-dir. Daha az yağış düşən yerlərdə suvarmağa ehtiyac vardır. Ağacın ən çox suya ehtiyac duyduğu yaz ayları və sentyabr ayında 4-5 dəfə suvarmaqla məhsul miqdarını artırdığı bilinir. BUDAMA: Budama zamanını çox yaxşı təyin etmək lazımdır. Yağış az olan bölgələrdə mümkün olduğu qədər gec budamaqda fayda vardır. Budaq xərçəngi olan bölgələrdə yazda budama edilməlidir.


ŞƏKİL BUDAMASI: Zeytunlarda, ümumiyyətlə, ən uyğun şəkil “sərbəst qobl” budama formasıdır. Şitil əkinindən etibarən ilk iki il zeytunda budama əməliyyatı edilə bilməz. Ancaq əkindən sonra boyu 1 m.-i keçən şitillərin başı 90 cm.-dən vurulur. İki il sonunda 40-90 cm. yüksəklikdən, tək gövdə üzərində dəyişik nöqtələrdən çıxan 3 əsas budaq buraxılır. Digər budaqların ya ucları alınır ya da inkişaflarını ləngitmək üçün aşağıya doğru əyilərək bağlanır. Həmçinin, dib tumurcuqları və digər budaqlar çıxardılar. Şitilə şəkil verilməsi tələsik edilməməli, şəkil 3-4 budamadan əldə edilməlidir.


MƏHSUL Budaması; səmərəyə gedən ağaclarda ağacın şəklini qorumaq, periodikliyi azaltmaq, lazımsız və zərər görmüş budaqları uzaqlaşdırmaq məqsədi ilə yüngül bir məhsul budaması edilməlidir. Qayda olaraq məhsul ilin əvvəllərində (mart – aprel aylarında) edilir.


CAVANLAŞDIRMA BUDAMASI; Yaşlılıq səbəbi ilə mantarlaşmış və gövdədən çox uzaqlaşmış əsas budaqlarla yanaşı xəstəlik, zərərli və şiddətli şaxtalardan təsirlənmiş budaqların kəsilərək yenilərinin yaradılması məqsədi ilə tətbiq edilir. Budamadan sonra gövdə və əsas budaqların günəşdən zərər görməməsi üçün əhənglənməli və kəsilmiş yerlərinə 5%-lik bordo (mis sulfat) dərman çəkilməlidir.


YIĞIM: Yığım zeytun istehsalının ən ağır əməliyyatı olub, zeytunun keyfiyyətinə təsir edən çox əhəmiyyətli amillərdən biridir. Bəhrə vermə zamanını çox yaxşı müəyyən etmək lazımdır. Qara şorabaya (duzlu suya) salınacaq zeytunlarda yığım, rənginin qabıqdan ətə qədər olan qisminin qara olduğu dövrdə edilir. Yağlı zeytunun yığımı isə ağacda yaşıl meyvə qalmadığında edilər. Zeytun toplama zamanı bölgə və iqlim vəziyyətinə görə fərqlilik olur. Yığıma ağac diblərinə tökülən zeytunun toplanması ilə başlanır və yüksək turşulu yağ verdiklərindən ayrı toplanıb, istifadə edilməyə göndərilir. İkinci olaraq yaşıl, süfrəlik zeytun toplanır: Ancaq diqqət edilməli cəhət yalnız qabıq rənginin tündləşməsi deyil, rəngin ətə də, çəyirdəyə də 2 mm qalana qədər yayılmasıdır. Yığım zamanı tarixi bölgələrə, çeşidə və iqlim şərtlərinə görə dəyişməklə yanaşı noyabr-fevral aylarında olur.


Yığım əllə edilməli, sırıq əsla vurulmamalıdır. Yerdən toplama (yağlı zeytunlarda tətbiq oluna bilər) tövsiyə edilməz. Ancaq yığımın çox gecikdirilməsi vəziyyətində, xüsusilə yağışlardan sonra özbaşına tökülmə artar, zeytun dənələri büzülər və quşlardan zərər görər. Yığım sonrası səbətlərdə, kisələrdə və yığın halında uzun müddət gözlədilən zeytunlarda qızışma görülər, yağ turşusu yüksələrək keyfiyyəti düşər. Bu səbəblə, gözlədiləcək zeytun təmiz bir yerə 5-10 cm. qalınlığında yayılmalı və ara sıra qarışdırılaraq havalandırılmalıdır ..

Ölkəmizdə yağlıq zeytun ağacları əksərən yüksək boylu olduğundan sırıqlanaraq toplanır. Halbuki, sırıqla toplamanın əhəmiyyətli çatışmazlıqlar var. Sırıqlama əsnasında tumurcuqlar qırıldığından məhsul gözləyən illik bəhrə çox aşağı olur. Eyni zamanda, yaralı yerlərdən "Zeytun Qal xəstəliyi" bulaşır və bu xəstəlik sürətlə yayılır. Sırıqla vurma zamanı zeytun dənələri də zədələnir və zərər görür. Sırıqla toplama məcburi isə meyvə budaqlarının qırılmamasına diqqət edilməli və sırıqlama daxildən xaricə doğru edilməlidir. Ən uyğun yığım isə əllə toplamadır. Nərdivanla çıxılaraq edilən bu şəkildəki yığım üçün daha çox əmək və zaman sərf etməklə yanaşı, məhsul keyfiyyətinin yülsəlməsi və bir sonrakı alınacaq məhsul miqdarının artması səbəbiylə bu xərclər qarşılanmış olacaq.


Son illərdə inkişaf etdirilən alçaq boylu, aşağıdan taclandırılmış zeytunlarda, yığım əllə edilə bildiyindən həm məhsul keyfiyyəti yüksəlir, həm də çox illərdə məhsul alınır. Sırıqla zeytun toplamanın, ağacdakı gənc budaqları və cücərtiləri də qırması nəticəsində, bir sonrakı ildə yol açdığı səmərənin düşməsi ilə yanaşı, çubuqla budaqdan silkələnən və yerə düşən zeytun dənələrinin də zədələndiyi bilinir. Bu səbəblə, xərci artırsa belə, sağma, əllə toplama və maşınla silkələmə texnikalarına, ayrıca plastik tor və kətan vərdişinin genişləndirilməsinə üstünlük verilməsi lazımdır.