ŞƏFA QAYNAĞI BİR BİTKİ; ZEYTUN


Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür.  Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 10-11)


"Əncirə və zeytuna and olsun." (Tin surəsi, 1)

Zeytun ... Sahib olduğu qida dəyəri ilə insan sağlamlığını qoruyan bir möcüzə ...

Çox qədim dövrlərdən bu yana istehsal edilən zeytun, zamanla əhəmiyyətini daha da artırmış, süfrələrdəki daimi yerini alaraq insan sağlamlığının əhəmiyyətli bir qoruyucusu olmuşdur. Qida dəyəri olduqca yüksək olan zeytun, eyni zamanda yağıyla da sağlamlığa olan töhfəsini artırır.

Sağlamlığa heç bir mənfi təsiri olmayan zeytun yağı, ehtiva etdiyi antioksidantlar sayəsində ürək-damar xəstəlikləri və xərçəngə qarşı da qoruyucu bir təsir göstərir. Xüsusilə indiki vaxtda ürək və damar şikayətlərinin çoxalması, bu möcüzəvi qidanın insan sağlamlığı baxımından əhəmiyyətini daha da artırır. Allah zeytunla əlaqədar olaraq ayələrdə belə buyurur:

Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür.  Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 10-11)

Qida mənbəyi: Zeytun yağı

Son illərdə edilən araşdırmalar, zeytunun yalnız ləzzətli bir qida deyil, bununla yanaşı yüksək kaloriyə sahib əhəmiyyətli bir qida qaynağı olduğunu da ortaya qoymuşdur. Zeytun və habelə zeytunun yağı da, əhəmiyyətli bir qida qaynağıdır. Quranda zeytun ağacının yağına bu ayədə diqqət çəkilmişdir:

Allah göylərin və yerin nurudur. Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir. (Nur surəsi, 35)
Yuxarıdakı ayədə "mübarəkətin zeytunətin" ifadəsiylə, zeytun "bərəkətli, mübarək, uğurlu, saysız fayda təmin edən" mənalarına gələn mübarək sifətiylə xarakterizə edilmişdir. "Zeytuha" ifadəsiylə bildirilən zeytun yağı, bütün qatı yağların əksinə, bütün mütəxəssislər tərəfindən başda ürək və damar sağlamlığı üçün olmaq üzrə ən çox tövsiyə edilən yağ növü olaraq bilinir. Zeytunun və zeytun yağının sağlamlıq baxımından faydalarını belə sıralaya bilərik:

Ürək və damar sağlamlığı üzərindəki faydaları

Zeytun və zeytun yağının içində yağ turşuları var. Bu turşuların çoxu bədən üçün zəruri olan tək doymamış omeqa-6 (linoleik turşu) yağlarıdır. Tək doymamış yağlar xolesterol ehtiva etməzlər. Bundan ötəri zeytun yağı digər yağların əksinə qandakı xolesterol nisbətini yüksəltmir, tam tərsinə nəzarət altında saxlayır.

Bu mövzuda edilən işlərdə, 1 həftə boyunca hər gün təxminən 2 yemək qaşığı təbii zeytun yağı yeyən insanların xolesterol səviyyələrində son dərəcə müsbət nəticələr əldə edilmişdir ... Antioksidantlar, bədənimizdəki zərərli maddələri təsirsiz hala gətirən və hüceyrənin məhv edilməsini maneə törədən son dərəcə əhəmiyyətli maddələrdir. Daimi zeytun yağı istifadə edən insanlarda yüksək antioksidant səviyyəsi izlənilmişdir. Həmçinin zeytun yağının ürək xəstəliklərinin qarşısını aldığı bir çox tədqiqat ilə də təsdiq edilmişdir.

Yüksək nisbətdə ürək və damar xəstəlikləri hadisələrinə rast gəlinən ölkələrdə əksərən yüksək xolesterol səviyyəsinə sahib doymuş yağlar istehlak edilir. Bu səhv qidalanma vərdişi Aralıq dənizi pəhrizi, yəni zeytun yağı istehlakı ilə düzəldilə bilər. Zeytun yağı qandakı xolesterolu nizamladığı üçün ürək və damar xəstələrinə dərman kimi tövsiyə edilir.

Bununla yanaşı zeytun yağı omeqa-6 yağ turşusunun omeqa-3 yağ turşusuna nisbətini də nizamlayır. Omeqa-3 və omeqa-6 yağ turşularının bədənə müəyyən bir nisbətdə qəbul edilməsi çox əhəmiyyətlidir. Çünki bu nisbətlərdəki balanssızlıq vəziyyətində xəstəliklər və xərçəng də daxil olmaq üzrə, ürək və immunitet sistemi ilə əlaqədar bir çox xəstəliyin irəliləməsi mümkündür. Bütün bu səbəblərdən ötrü bir çox insan zeytun yağı ilə sağlamlıq tapır. Amerika Ürək Birliyi, ürək xəstəliyi riskini azaltmaq üçün yüksək tək doymamış yağ pəhrizlərinin, 30% az yağlı pəhrizə alternativ ola biləcəyini ortaya çıxarmışdır.

Xərçəngin qarşısının alınmasındakı rolu

“The Archives of Internal Medicine” jurnalında nəşr olunan bir fəaliyyət, yüksək nisbətdə zeytun yağı yeyən qadınların sinə xərçənginə tutulma riskinin daha az olduğunu göstərmişdir. Nyu Yorkda Buffalo Universitetinin tədqiqatçılarının icra etdiyi ayrı bir işdə isə, zeytun yağı kimi bitki mənşəli yağlarda olan bir maddə ß-sitosterolün prostat xərçəng hüceyrələrinin meydana gəlməsini qarşısını almaqda köməkçi ola bildiyini sübut etmişdir. Tədqiqatçılar ß-sitosterolün hüceyrələrin bölünməməsi əmrini verən hüceyrə içi xəbərləşmə sistemini gücləndirdiyi, beləcə hüceyrə böyüməsi idarəsiz hala gəlmədən xərçəngin qarşısının alına biləcəyi nəticəsinə gəlmişlər.

Oksford Universitetindəki həkimlər tərəfindən həyata keçirilən son tədqiqatda da, zeytun yağının bağırsaq xərçənginə qarşı qoruyucu xüsusiyyətə sahib olduğu təyin olunmuşdur. Həkimlər zeytun yağının bağırsaq xərçənginin başlamasını əngəlləmək üçün mədədəki turşu ilə reaksiyaya girdiyini kəşf etmişlər. Oksford tədqiqatçıları eyni zamanda zeytun yağının öd turşusu miqdarını azaldaraq və DAO (diamin oksidaz adlı ferment) səviyyəsini yüksəldərək, anormal hüceyrə artımına və xərçəngə qarşı qoruyucu olduğunu kəşf etmişlər.

Həmçinin tədqiqatçıların hesabatlarına görə bol miqdarda zeytun yağı və tərəvəz yeyən insanlarda, oynaqlardakı xroniki bir xəstəlik olan romatizmal arterit (arteriya infeksiyası) keçirmə riski azalır.

Sümüyün inkişafına yardımçı olması

Ehtiva etdiyi E, A, D, və K vitaminləri, uşaqların və yeniyetmələrin sümük inkişafına yardımçı olması, kalsium itkisinə maneə törədərək sümükləri gücləndirməsi baxımından zeytun olduqca əhəmiyyətlidir. Zeytun, yaşlılara da xüsusilə tövsiyə edilir; çünki həzmi asandır və minerallarla vitaminlərin bədəndə istifadə edilməsinə köməkçi olur. Ayrıca mineralların sümüklərdə çökməsini təmin edərək kalsium itkisinə də mane olar. Sümüklər orqanizmin mineral quruluşlarının anbarını yaradır və sümüklərdə mineral toplanmadığı təqdirdə sümük əriməsi kimi ciddi narahatlıqlar ortaya çıxır. Bu baxımdan zeytunun skelet sistemimiz üzərində çox müsbət töhfəsi vardır. (Harun Yəhya, Qoxu və dad möcüzəsi)

Yaşlanmağın qarşısını alması

Zeytun yağının tərkibindəki vitaminlər, hüceyrə yeniləyici xüsusiyyətlərə sahib olduqları üçün, yaşlılıq müalicəsində də istifadə olunar, dərini bəsləyər və qoruyarlar. Qidalarla birlikdə bədənimizə "sərbəst radikal" deyilən bəzi maddələri də alırıq. Zeytun yağı, başda E vitamini olmaq üzrə, ehtiva etdiyi çox sayda antioksidant maddə bu zərərli maddələrin bədənimizdə səbəb olduğu təxribatın qarşısını alar, hüceyrələrimizi yeniləyər, toxuma və orqanlarımızın yaşlanmasını gecikdirər.

Təzyiq salıcı

“Archives of Internal Medicine” jurnalının 27 mart 2000-ci il tarixli sayında nəşr olunan bir fəaliyyət, zeytun yağının yüksək təzyiqə müsbət təsirini bir daha vurğulayır. Həmçinin zeytun ağacının yarpağı ilə təzyiq salıcı dərmanlar hazırlanır.

Daxili orqanlara faydaları

Zeytun yağı mədə turşusunu azaldaraq mədəni qastrit və xora kimi xəstəliklərə qarşı qoruyur. Bununla yanaşı öd sekresiyasını hərəkətə keçirərək, həzmin ən mükəmməl hala gəlməsini təmin edər. Öd kisəsinin boşalma əməliyyatını nizamlayar və öd daşı riskini azaldar. Ayrıca tərkibindəki xlor sayəsində də böyrəyin işinə köməkçi olur və beləcə bədənin tullantılardan təmizlənməsini asanlaşdırır. Bunlarla yanaşı beyin damarlarının sağlamlığına da müsbət təsiri vardır.

Əsrlər əvvəl bildirilən həqiqət ...

Göründüyü kimi, bu gün bir çox elm adamı zeytun yağını əsas götürən qidalanma modelinin ən ideal model olduğunu düşünür. Bu xüsusiyyətlərindən ötəri gündəlik qidalanma proqramında hər yeməkdə olmalı ən əsas qidalar zeytun və zeytun yağı olaraq ifadə edilir. Allahın bir çox ayədə diqqət çəkdiyi zeytun bitkisinin faydaları, ancaq tibb elminin inkişafıyla kəşf edilmişdir.

Qida mütəxəssislərinin və tibb dünyasının möcüzəvi qida kəşfi ...

Zeytun yağı, bütün bu xüsusiyyətlərinə görə son illərdə mütəxəssislərin olduqca diqqətini çəkir. Mütəxəssislərin şərhlərindən bir qismi belədir:
• Harvard Universiteti Xalq Sağlamlığı Məktəbi Epidemoloji Şöbəsi Başçısı Dr. Dimitrios Trichopoulos: "Amerikalı qadınlar doymuş yağların yerinə daha çox zeytun yağı yemiş olsaydılar, sinə xərçəngi riskində 50%-ə qədər azalma reallaşa bilərdi." "Zeytun yağı bəzi bədxassəli şiş növlərinə qarşı qoruyucu bir təsirə malikdir: Prostat, sinə, yoğun bağırsaq, irinləmiş hüceyrə və yemək borusu şişləri."
• Sağlamlıq və qidalanma mövzusunda öndə gedən nüfuzlulardan biri, CNN-nin mükafatlı müxbiri, The Food Pharmacy (Qida əczaçılığı) və Food-Your Miracle Medicine (Qida- Möcüzə dərmanınız) adlı kitabların müəllifi və beynəlxalq bir bölgə yazarı olan Jean CARPER: "İtalyanlar tərəfindən edilən yeni bir tədqiqat zeytun yağının, LDL xolesterolunun arteriyaları tıxama xüsusiyyəti də daxil olmaq üzrə bəzi xəstəlik müddətləriylə mübarizə aparan ... antioksidantlar ehtiva etdiyini tapmışdır. "
• Dietoloq və qidalanma mütəxəssisi, The Pyramid Cookbook: Pleasures of the Food Guide Pyramid (Piramida Yemək Kitabı: Qida Rəhbəri Piramidasının Ləzzətləri) adlı kitabın yazıçısı olan Pat Baird: "Zeytun yağının çoxtərəfliliyi ... Uzun zamandır var olan zeytun və onun bədən sağlamlığına olan faydası haqqında daha öyrənəcəyimiz çox şey var."
• Mayami Universiteti Tibb fakültəsindən Dr. Peck: "Zeytun yağının immunitet sistemini gücləndirdiyi ortaya çıxarılmışdır ..."
• Milano Əczaçılıq fakültəsindən Bruno Berra: "... təbii sızma zeytun yağının kiçik qütb tərkibləri LDL-in oksidləşməyə olan müqavimətini diqqətə çarpan şəkildə artırır."
• II Federico Universiteti Terapiya və Maddələr mübadiləsi Xəstəlikləri Şöbəsindən A.A. Rivellese və G. Riccardi, M. Mançini: "Zeytun yağı insulin müqavimətini əngəlləyər və qandakı qlükozaya daha yaxşı nəzarət edər."
• Harvard Universiteti Xalq Sağlamlığı Məktəbindən Frank Sacks: "Zeytun yağı baxımından zəngin bir pəhriz həddindən artıq köklüyü nəzarət altına almaq və müalicə etmədə aşağı yağlı bir pəhrizdən daha təsirlidir. Həmçinin daha uzun müddət çəki itkisinə səbəb olur və çəkini qorumaq daha asandır, çünki gözəl bir dadı vardır."

Uşaqların inkişafına töhfəsi

Zeytun və zeytun yağı, tərkiblərində olan linoleik turşusundan (omeqa-6 yağ turşusu) ötəri yeni doğulmuş körpələr və inkişaf dövründəki uşaqlar üçün son dərəcə faydalı qidalardır. Linoleik turşusunun çatışmazlığı, inkişafın yavaşlamasına və hətta bəzi dəri narahatlıqlarının ortaya çıxmasına səbəb olur.

Zeytun yağının tərkibinə bədənimizdəki zərərli maddələrin bədənimizdə səbəb olduğu təxribatın qarşısını alan antioksidant elementləri və insan üçün böyük əhəmiyyət daşıyan yağ turşuları daxildir. Bunlar da hormonlara dəstək olur və hüceyrə pərdəsinin meydana gəlməsinə köməkçi olarlar.

Zeytun yağı, insan südündəki yağ turşusu nisbətinə bənzər, balanslı bir çoxlu doymamış tərkibə malikdir. İnsan bədəni tərəfindən əldə edilə bilməyən, eyni zamanda bədən üçün imtina edilməz əhəmiyyəti olan bu təməl yağ turşuları baxımından, zeytun yağı yetərli bir qaynaqdır. Bu amillər zeytun yağını, yeni doğulmuş körpələr üçün olduqca faydalı edir.

Doğum əvvəli və sonrasında körpə beyninin və sinir sisteminin təbii inkişafına töhfə verdiyindən ötəri mütəxəssislərin, analara tövsiyə etdikləri yeganə yağ, yenə zeytun yağıdır. Ana südünə yaxın miqdarda linoleik turşu ehtiva etməklə bərabər yağsız inək südünə zeytun yağı qatıldığında ana südü qədər təbii bir qida qaynağı xüsusiyyəti qazanar.