ZEYTUN YAĞLI SABUN

Gündəlik həyatımızın əhəmiyyətli parçası sabun təmizliyin, saflığın, hətta ağlığın simvoludur ... Təmizlənmək üçün qum, süd, bitki yarpaqlarını da sınayan insanoğlunun sabunu ilk dəfə e.ə. 200-cü illərdə istifadə etdiyi fərz edilir.
ZEYTUN YAĞI SABUNUNUN SAÇ VƏ DƏRİ ÜZƏRİNDƏKİ FAYDALARI
* E Vitaminin qaynağını əmələ gətirən zeytundan çıxarılan saf zeytun yağı sabunu sayəsində saç və saç köklərinin ehtiyacı olan E-vitamininin təmin edilməsinə,
* Daimi və tez-tez istifadə etdikdə, saçdakı pullanmaların (kəpək) keçməsinə və təkrar etməməsinə,
* Saçın təbii həcmini qazanmasına,
* Ehtiva etdiyi E-vitamini sayəsində saç tökülmələrinin azalmasına və zamanla dayanmasına
* Bədən üzərində istifadə edildikdə, dərinin məsamələrini açaraq dərinin nəfəs almasına,
* Nəfəs alan dəridə hiss edilən yumşaqlığın və təravətin meydana gəlməsinə köməkçi olar.
Sağlamlıq baxımından xüsusiyyəti: Zeytun yağının sayıla bilməyəcək qədər çox faydası və xüsusiyyəti vardır. Yüzlərlə ildir, insanlar, saçlarına və vanna otağında bədənlərinə istifadə edərlər, saçları və dərini qoruyaraq bəsləyər və dəri xəstəliklərinə çox yaxşı təsir edir. Yetkinlik sızanaqları üçün çox yaxşıdır, dərini bəsləyər və qırışıqlığın qarşısını alar, seliolit üçün tövsiyə edilir, dəri çatlaqlarına, həmçinin saçlara tamamilə tətbiq olunaraq, saçların tökülməsinin qarşısını alır. Zeytun yağlı sabun, bədənə çox əhəmiyyətli töhfələr verər.
Dünyaya çox əhəmiyyətli bir hədiyyədir zeytun ağacı, insanlıq tarixinin bütün addımlarında istifadə edilmiş, əvvəlcə şam istehsalında, işıq üçün, daha sonra yağını bütün yeməklərin hazırlanmasında və kosmetika məhsullarında istifadə etmişlər. Mesopotamiya və Aralıq dənizi bölgələrində yetişən və daha sonra bir çox ölkəyə yayılan zeytun ağacı insanlığın imtina edə bilməyəcəyi ən əhəmiyyətli məhsullardandır.
Necə istifadə edilməlidir?
Zeytun yağı sabununun istifadəsi əvvəlcə bir mədəniyyət məsələsidir. Zeytun yağı sabunu tez köpüklənən bir sabun deyil. Hamam mədəniyyətinin bir məhsuludur. Şübhəsiz isti suda, bir qabın içərisində, lif və ya süngərlə köpükləndirilib elə tətbiq edilməsi lazımdır. Birbaşa bədənə sürtüldüyündə yaxşı bir nəticə alınmaz.
Zeytun yağı sabunu, əlüzyuyan başına qoyularaq əllərinizi yuyacağınız bir sabun da deyil. Istifadə edilməsində heç bir qorxu yoxdur, amma yaxşı nəticə almaq istəyirsinizsə, bunun bir hamam sabunu olduğunu qəbul etməniz lazımdır. Ayrıca saç üçün də istifadə edə bilərsiniz. Tamamilə təmizlik təmin edir. Bədən səthinin kirini almasından əlavə, məsamələrin içindəki yağları da sabunlaşdıraraq alır. Ölü dəriləri çox tez canlandırır. E vitamini ehtiva edən bir yağdan emal edildiyi üçün dərini bəsləmə xüsusiyyəti də vardır. Həmçinin bədənin qıcırdamasından anlaya biləcəyimiz o təmizlik hissini yaşadır.