QURANDA ZEYTUN


Bütün kainatda var olan sistemləri, canlı və cansız varlıqları araşdıran, gördükləri üzərində düşünən və araşdıran hər insan Allahın üstün ağlını, elmini, sonsuz gücünü və sənətini tanımağa başlayacaq. Allahın insanları üzərində düşünməyə çağırdığı mövzulardan bəziləri ayələrdə belə bildirilir:



Buludları qaldıran küləkləri Allahdır göndərən. Allah səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən onlardan yağış töküldüyünü görürsən. Allah onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinirlər. (Rum surəsi, 48)


Bu ayədə 1400 il əvvəldən yağışın əmələ gəlməsi haqqındakı məlumatları öyrənirik. Halbuki elm, ancaq 1935-ci ildə; hava radarlarının kəşfi ilə, yağışların meydana gəlməsi üçün lazım olan mərhələlərin nələr olduğunu ortaya çıxarmışdır.


Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində mal-qaranızı otardığınız otların bitməsi üçündür. (Nəhl surəsi, 10)


Allah göydən yağmur yağdırıb onunla ölmüş yeri diriltdi. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 65)


 


Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi? Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik. (Fatir surəsi, 27)


Uca Yaradan, səmadan endirdiyi suyun, yer üzündə yaşayan canlılar üçün nə qədər əhəmiyyətli olduğunu bu ayələrlə izah edir.
Yenə Quranda, bəzi tərəvəz və meyvələrə diqqət çəkilir.


Onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır. (Nəhl surəsi, 11)


Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. Biz həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar ağacları da yetişdiririk. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. (Ənam surəsi, 99)


De: “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma. (Ənam surəsi, 114)


"Əncirə və zeytuna and olsun '' (Tin surəsi, 1)

 


ZEYTUN ... SAHİB OLDUĞU QİDA DƏYƏRİ İLƏ İNSANIN SAĞLAMLIĞINI QORUYAN BİR MÖCÜZƏ ...

 

Çox qədim dövrlərdən bu yana istehsal edilən zeytun, zamanla əhəmiyyətini daha da artırmış, süfrələrdəki daimi yerini alaraq insan sağlamlığının əhəmiyyətli bir qoruyucusu olmuşdur. Qida dəyəri olduqca yüksək olan zeytun, eyni zamanda yağıyla da sağlamlığa olan töhfəsini artırır.


Sağlamlığa heç bir mənfi təsiri olmayan zeytun yağı, ehtiva etdiyi antioksidantlar sayəsində ürək-damar xəstəlikləri və xərçəngə qarşı da qoruyucu bir təsir göstərir. Xüsusilə indiki vaxtda ürək və damar şikayətlərinin çoxalması, bu möcüzəvi qidanın insan sağlamlığı baxımından əhəmiyyətini daha da artırır.


Quran-ı Kərimin bir başqa ayəsində zeytundan mübarək ağac olaraq söz edilir. Bu ayədə zeytun ağacı eyni zamanda müqəddəs bir nurun mənbəyi kimi təsvir edilir və belə buyrulur:



Allah göylərin və yerin nurudur. Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir. (Nur surəsi, 35)


Allah insanları, səma, yağış, bitkilər, heyvanlar, doğum, coğrafi xüsusiyyətlər kimi mövzularda araşdırma və tədqiq etməyə çağırır. Bütün bu varlıqları tədqiq etməyin və araşdırmanın yolu isə elmdir. Elmi araşdırmalar nəticəsində əldə edilən məlumatlar insanlara yaradılışın sirlərini, Allahın sonsuz elmini, ağlını və gücünü tanıdır.
Elm, Allahın sənətini, yaradılışındakı üstünlüyü, qüsursuzluğu və möcüzəvi xüsusiyyətləri görə bilməyə köməkçi bir amildir. Habelə ilahi kəlamın açıqlayıcısı olan elm də elmə bələdçilik edərək; insanları göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, heyvanların, gecə ilə gündüzün meydana gəlməsinin, insanın öz doğumunun, yağışın və yaradılmış daha bir çox varlığın üzərində düşünməyə və bu varlıqları araşdırmağa dəvət etmişdir.


Zeytun ağacından təsbeh


O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)